"Milli Məclisin deputatı, MCP başqanı Razi Nurullayevin tapşırığına əsasən vətəndaş Hüseynov Tələt Həyat oğlunu qəbul edib, qayğıları ilə maraqlandıq. Vətəndaş həkim səhlənkarlığının qurbanı olub. Yanlış əməliyyat nəticəsində bir orqanı sıradan çıxıb." Bu sətirləri deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev özünün feysbuk səhifəsində paylaşıb. Ehtiram bəy paylaşımda onu da əlavə edib ki, müraciətini dinlədik, ərizəsini aldıq və qaydalar çərçivəsində əlimizdən gələni edəcəyik. Allah kömək olsun.