Sizin reklam burada
Sizin reklam burada
  • Hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir

    İlkin Məmmədov
    Göygöl rayon ziyalısı

    Maraqlı keçmişə, unikal təbii imkanlara malik Göygöl rayonu turizmin inkişafı baxımından ölkənin ən böyük potensiala malik bölgələrindən biridir.
    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Göygöl rayonmuzdada qabarıq şəkildə büruzə verir.
    Göygöl rayonu bu yenilikləri, inkişafı etməklə yerində saymaq niyyətində deyil. 2024-2025-cü illər üçün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanarkən rayonda təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, həmçinin, sənayenin və aqrar sahənin inkişafı üzrə nəhəng layihələrin həyata keçirilməsi planlaşdırılır. Qarşıda duran mühüm vəzifələrin layiqincə yerinə yetirilməsində hər bir Göygöllü özünə borc bilir ki, fəaliyyətini yenidən təhlil etsin, daha məsuliyyətli işləsin və ölkənin inkişafına öz töhfəsini versin. Rayon rəhbərliyi isə əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmağı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmaqla bütün səy və bacarığını nümayiş etdirməyi qərarlaşdırıb. çünki zəhmətsevər Göygöllülər Prezident İlham Əliyevin apardığı islahatları, yenilikləri dəstəkləyirlər. Onlar inanırlar ki, Göygöl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha da gözəlləşəcək, yenilənəcək.Əminik ki, Göygöl bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Göygölün respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə minnətdarıq bu şərəfli işdə hər birinizə uğurlar arzulayırıq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ