Sizin reklam burada
Sizin reklam burada
  • Fuad Əliyev-75 tədbiri keçirilmişdir

    Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ- da AMEA Gəncə bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyevin anadan olmasının 75 illiyinə həsr edilən təntənəli toplanti keçirilmişdir.
    Toplantıda institutumuzun əməkdaşları ilə yanaşı Gəncə ali məktəblərinin, elmi tədqiqat institutlarının çoxsaylı əməkdaşları iştirak etmişlər. Tədbirdə çıxış edən bütün natiqlər Fuad müəllimin zəngin təcrübəsindən, elmindən, şəhərin ictimai siyasi həyatındakı fəal iştirakından bəhs etdilər.
    Hörmətli Fuad müəllim, Sizi bir daha yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, elmimiz naminə Sizə sağlam və uzun ömür arzulayırıq!!!

    İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ