Sizin reklam burada
Sizin reklam burada
  • Bələdiyyə sədri vətəndaşlarla səyyar görüş keçirib

    Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyə iclasında qəbul edilmiş proqrama əsasən mütəmadi olaraq həm vətəndaş qəbul keçirir, onlarla səyyar görüşlər təşkil edir.
    Bu barədə atributinfo.az-a məlumat adıçəkilən bələdiyyədən daxil olub.
    Məlumatda bildirilir ki, bu günlərdə bələdiyyə sədri Hacı Əliyev, bələdiyyənin üzv və qulluqçuları ilə birgə rayonun Axundov bağında vətəndaşlarla səyyar görüş keçirib,onları narahat edən məsələlər müzakirə olunaraq həlli istiqamətində müvafiq tədbirlər görülüb.
    Görüşdə həmçinin rayonun digər komunal xidmətlərinin və abadlıq xidmətinin məsul işçiləri iştirak ediblər.
    Səyyar görüşdə bələdiyyədən asılı olan məsələlər, xüsusəndə vergilərin hesablanması və digər məsələr yerindəcə öz həllini tapıb, bələdiyyədən asılı olmayan məsələrin həlli ilə müvafiq qurumlara rəsmi müraciətlərin hazırlanması qərara alınmışdır.
    Qeyd edək ki, səyyar görüşdə rayonun 20 nəfərə yaxın sakini iştirak edib.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ