"Atributinfo.az" xəbər verir ki, görüşdə seçicilər qaldırılan bəzi məsələlərin həll olunmasına görə, millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər və bir sıra problemlərlə bağlı şikayətlərini səsləndiriblər.
Seçicilər iş, abadlıq, uşaqlar üçün oyun meydançalarının olmaması, yol, ünvanlı sosial yardım, sahibsiz itlər, işıqlandırma, su çatışmazlığı və digər problemlərin həllini tapması üçün millət vəkilinin köməklik göstərməsini xahiş ediblər.
Şikayətləri dinləyən millət vəkili qeyd olunan məsələləri aidiyyəti qurumlar qarşısında qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.
Bəradər
"Atributinfo.az"
