Bunu seçki məntəqəsinin sədri Xanım Sultanova deyib.
O bildirib ki, seçkilər şəffaf və qanunvericiliyə uyğun formada reallaşır.
“Bütün komissiya üzvləri səhər saatlarından etibarən seçiciləri qarşılamağa hazırdır. Ən yaşlı seçicimizin 96 yaşı var. Sağlamlıq problemləri olan şəxslərin də səsvermədə iştirakını təmin etmək üçün onların ünvanına daşınar seçki qutusu göndəriləcək”, - deyə o əlavə edib.
