Bu gün Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində vətəndaşları qəbul edib. "Atributinfo.az"ın BAP mətbuat xidmətindən aldığı məlumatda bildirilir ki, Bələdiyyə binasında keçirilən görüşə rəsmi şəxslər, şəhid ailələri və qəsəbə sakinləri qatılıb.
Qəbul zamanı vətəndaşlarla ümumi qaydada görüşülüb, müraciət və təkliflər dinlənilib. Bəzi məsələlər yerində öz həllini tapıb, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün qeydiyyata alınıb.
Bəradər
"Atributinfo.az"
