Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı anım tədbiri keçirilib

    1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
    "Atributinfo.az" xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri və Qazilər, ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Göygöl şəhər Şəhidlər xiyabanına əklil qoyaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, unudulmaz və müqəddəs xatirələrini dərin hüznlə yad ediblər.
    Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ