İcra başçısı şəhid övladını doğum günü münasibətilə təbrik etdi
Sosial
11-07-2024, 20:46
254
Ənənəvi olaraq xeyirxah, vətənpərvər tədbirlərə davam edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev və Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini həmçinin, şəhid Muxtar Qasımlının atası Əli Qasımov, Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Rəşad Hacıyev, Fuad Cəbrayılov və Könül Axundova Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan mayor Əsgərov Rüfət Mürvət oğlunun evini ötən gün ziyarət edərək, övladı Zəhranı doğum günü münasibətilə təbrik etdilər. İcra Başçısı cənab Adil Əliyev Zəhraya hədiyyələr təqdim etdi. Allah sağlam və gözəl ömür nəsib etsin. Amin.