YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək təddbiri açıq elan etmiş, tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə İsmayılova, QƏQİB-nin sədri Araz Abbasov və digərləri çıxış edərək Azərbaycanın müstəqillik tarixindən, müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin, dövllətçiliyimizin inkişafında və Müstəqilliyimizin əbədi olmasında Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışmışlar.YAP fəalı xanım Hümbətova “ Müstəqilliyimiz əbədidir”mövzusunda geniş məruzə ilə çıxış etmişdir.Sonda isə Gənclər Evinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin çıxışları ilə bədii hissə və uşaqların əl işləri təqdim olunub.
/atributinfo.az/
