"Atributinfo.az" xəbər verir ki, keçirilmiş ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və digər təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Sonra isə Vətən Müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin raket zərbələrinə məruz qalması nəticəsində dağılmış ərazilər ziyarət edilib, terror qurbanları böyük ehtiramla anılıb və onların xatirə guşəsi önünə gül dəstələri düzülüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına və ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Bəradər Səməndərli
"Atributinfo.az"
