Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

    Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
    Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
    Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ