Yanvar-avqust aylarında DSMF-nin xərcləri 16 faiz və ya 562 mln. manat artaraq 4 mlrd. 29 mln. manat təşkil edib
Sosial
15-09-2023, 15:56
152
Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7 faiz və ya 284 mln. manat çox olmaqla 4 mlrd. 361 mln. manat təşkil edib. Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-avqust aylarında proqnoza nisbətən 9 faiz və ya 283 mln. manat artaraq 3 mlrd. 374 mln. manat olub. Son 8 ayda DSMF-nin xərcləri 4 mlrd. 29 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 562 mln. manat çoxdur.