Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-iyun aylarında 25,5 min şəxsə əlillik təyin olunub, 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib

    Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib.
    Onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.
    Son 6 ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,1 min şəxs 38,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ