Açılışdan öncə yeni salınmış parkda ağacəkmə aksiyası keçirildi. Tədbir iştirakçıları həmişəyaşıl ağaclar əkdilər.
Yeni salınmış abad məhəllədə azyaşlı uşaqlar üçün kiçik idman meydançası, müxtəlif əyləncə qurğuları quraşdırılmışdır. Ərazidə sakinlər üçün iki ədəd sohbetgah quraşdırılmışdır. Velosiped həvəskarları üçün də xüsusi velosiped yolu düzəldilmişdir. Park ətrafı ərazilərdə asvalt örtüyü vurulmuş. 3 ədəd 5 mərtəbəli binaların fasadları təmir olunmuşdur. Parkın ətrafında olan binaların ətrafına 1000 kv. metrə yaxın asvalt örtüyü döşənmişdir.
Qeyd etmək lazımdır ki, bu park salınarkən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 7.2.9.1. bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti icraçı qismində Avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilməsi, bununla bağlı müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi tapşırığı icrasını təmin etmişdir.
/atributinfo.az/
