Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-aprel aylarında 58,8 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

    Yanvar-aprel aylarında 58,8 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub 2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
    Onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
    Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

    Hüseynbala Həsən
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ