Birliyin və bərabərliyin rəmzi, paylaşmaq və vəhdəti özündə ehtiva edən İslam aləminin müqəddəs Ramazan bayramı münasibətilə ailələrə bayram sovqatları çatdırılıb, ölkəmizə əmin-amanlıq, xalqımıza bol ruzi-bərəkət və firavanlıq arzuları dilə gətirilib.
Şəhid ailələrinin üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar xalqımızın dövlət başçısının ətrafındakı birliyinin daha da sıx, dövlətimizin hər zaman qüdrətli olması, tutulan orucların, edilən ibadətlərin uca Allah tərəfindən qəbul edilməsi arzularını ifadə ediblər.
