Hər bir kəs öz həyatını, hərəkət və davranışlarını elə nizamlamalıdır ki, nə özünə, nə də başqalarına ziyan dəyməsin, əksinə, hər kəs xeyir götürsün. Belə xoş niyyətli insan olmaq, belə pak amallarla yaşamaq özü də bir gözəllik və xoşbəxtlikdir. Gözəllik isə sadəlikdən doğur və ailə tərbiyəsi, elm, əhatə və s. ilə də sıx bağlıdır. Geniş mənada insanın sadəliyi ağıl və ürəyin eyni məqsədlərə qulluq etməsindən, mənəvi kamillikdən, həyatı daha düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik - daxili saflığın zahiri nəticəsidir və öz gücünü Tanrıdan alır, ona görə də paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq olur.
Ilkin Memmedov Qızılqaya Qəsəbə İcra Nümayəndəliyində müavin. Xüsusi olaraq "Atributinfo.az" üçün