Sizin reklam burada
Sizin reklam burada
  • Havanın temperaturu 22 dərəcəyədək yüksələcək - PROQNOZ

    Havanın temperaturu 22 dərəcəyədək yüksələcək - PROQNOZ Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Milli Hidrometeorologiya Xidmətindən əməkdaşımıza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
    Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
    Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

    "Atributinfo.az*

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ