Sizin reklam burada
Sizin reklam burada
  • Evsiz-eşiksiz 7 uşaqlı ailə bizə pənah gətirdi və yaşananlar bu videoda

    Sosial-ictimai problemlərə daim həssas yanaşan və çevik reaksiya verən, qarşısındakına özü qədər dəyər verməyi bacaran Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin feysbukdakı bu günkü paylaşımı xüsusi diqqət çəkdiyindən yalnız videonu şəklə çevirərək olduğu kimi təqdim edirik:
    "Bu videoda olanlara qədər 10 saat vaxt keçib və bu müddət ərzində köməkçim və rəhbərlik etdiyim partiya onlara sığınacaq verib. Tezdən isə Parlamentin önündə olublar və bir az səs-küy salıblar. Köməkçim mən gələnə kimi onları partiyanın qərargahına gətirib. Mən isə rayona gedirdim və Şirvan körpüsünün üzərindən dönüb geri qayıtmalı oldum. Bunlar da videoda danışılıb, qısa olsun deyə onları kəsib çıxardıq.
    Bunları isə aydınlıq olsun deyə yazıram. Ailəyə partiya olaraq maddi yardım da göstərdik.
    İmişli rayon sakini Əmirov Kamil hazırda Bakı şəhəri, Zabrat qəsəbəsində həyat yoldaşı və 6 övladı ilə birgə kirayədə yaşayır. Ən kiçik övladının 2 yaşı var. 7-ci övladları isə dünyaya gələcək.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ