Özüm də Nəşriyyatda jurnal redaktoru olduğumdan belə işləri çox yaxşı bilirdim.
Ancaq Nəşriyyatda işləməyimə baxmayaraq TUR.AZ.TV saytı ilə çox da əlaqəm olmamışdı əvvəllər. Bilirdim ki, saytın rəhbəri Cəmil müəllim Zəbhullaoğludur. Şerlərini oxumuşdum. Bir çox şeri mənim tərtibatımda işıq üzü görmüş antoloğiyalarda çap olunmuşdu. Ancaq Cəmil müəllimlə demək olar Nəşriyyatda qarşılaşmamışdım.
Ona görə qərara gəldim ki, bu gözəl ürəkli insan haqqında məlumatlara baxım. Onu yaxından tanımaq üçün onun mənim antologiyalarımda getmiş avtobioqrafiyasına nəzər saldım.
Cəmil Zəbhullaoğlu 1961 ci ildə Şamaxıda anadan olmuşdur. 2000 - ci ilə qədər müxtəlif vəzifələrdə işləmişdir.
Öyrənirəm ki 500 - dən çox məqalə və şerlərini müəllifidir Cəmil müəllim.
" Sabiranə" adlı bir kitabı çap olunub.
2002 - ci ildən " Ədalət və Həqiqət " , hazırda isə həm də " TUR.AZ.TV "- saytının baş redaktorudur.
Dostlardan öyrənirəm ki, Cəmil müəllim çox səmimi, mehriban və çox ləyaqətli insandır.
Bütün dostları üçün təmənna ummadan əlindən gələn yaxşılığı və hörməti etməyə hazır olan bir adamdır.
Bütün ömrü boyu dövlətimizin və dövlətçiliyimizin təbliği və inkişafı üçün çalışıb. Əsil vətənpərvər ziyalıdır.Vətən mövzusu onun üçün ən mühüm mövzudur.
Elə bu səbəbdəndir ki mənim də Facebookda paylaşdığım şeirlərim bu dəyərli ziyalının diqqətini çəkirmiş və şerləri tez bir zamanda TUR.AZ.TV - nin efirində təmənnasız və müəllifdən xəbərsuz olaraq
canlandırırmışdır.
Cəmil müəllim söhbətlərində dostlara deyirmiş ki, yazıları ilə Vətəninə xidmət etməyən yazarın, şairin, redaktorun yazdıqlarının cəmiyyət üçün heç bir əhəmiyyəti və xeyri ola bilməz.
Hər kəs əlindən gəldiyi qədər xalqına, millətinə, dövlətinə sədaqətlə və vicdanla xidmət etməlidir. Bu bizim Vətən borcumuz, məsləkimiz, amalımız olmalıdır.
Dostlarından onu da öyrənirəm ki, hamı üçün təmənnasız dost, yoldaş münasibəti göstərən, yazıları ilə dövlətçiliyimizin keşiyində duran bu ziyalımızın çox böyük maddi və mənəvi ehtiyacları var... Ciddi ürək xəstəliyindən əziyyət çəkən bu insanın hələ də evi yoxdur.
Çox şəraitisiz vəziyyətdə olan bir mənzildə ailəsi ilə birlikdə kirayədə yaşayır.
Müalicələrini etdirmək üçün, dərmanlarını almaq üçün imkanı yoxdur.
Təmənnasız , heç kimdən çap üçün pul tələb eləməyən bir şəxsiyyətli ziyalının vəziyyəti belə olmamalıdır.
Onu da öyrənirəm Cəmil müəllim qəzet və saytının da bütün xərcini min bir əzabla özü ödəyir.
Mən dövlətimizdən və xalqımızın bütün qeyrətli oğullarından xahiş edirəm ki, bütün ömrünü xalqına, onun maariflənməsinə, təbliğinə həsr etmiş bir ziyalı - şairin bu çətinliklərinə, acınacaqlı yaşayış şəraitinə biganə qalmasınlar.
Onun Vətən qarşısında xidmətləri qiymətləndirilərək, evlə təmin olunmasına köməklik göstərsinlər.
Yəni gəlin sağlığında qiymət verək insanlara...
Hər şey - hər edilən yaxşılıq vaxtında gözəldir.
QIZBƏS QƏBƏLƏ
(Yazıçı - publisist. AJB - nin üzvü " Qoşa Ulduz " jurnalının redaktoru.
