
Bununla yanaşı, digər müraciətlərin həll edilməsi ilə əlaqədar aidiyyəti üzrə məktublar hazırlanıb. Qəbul zamanı vitse-spiker bildirib ki, vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən lazımi addımlar atılır, eləcə də ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar mütəmadi qəbul edilir, onların müraciətləri dinlənilərək müfaviq tədbirlər görülür.
Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, ünvanına daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır.



