Sizin reklam burada
Sizin reklam burada
  • Vətən Müharibəsi şəhidi Elgiz Mehtiyevin şəhadətinin II ildönümü qeyd edilib

    Bu gün-12 yanvar 2023-cü il tarixdə Saatlıda kecirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov ,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.
    Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək ailəsinə yaxınlarına ehtiramını bildirən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Şəhidlərimiz həyatlarını fəda veriblər ki, onların torpaqdan cücərən və alovlanan qanlarının istisində və işığında Azərbaycan daim boy atsın, bu torpaqda yaşayan in­sanların qürur yerinə çevrilsin. Bu yolun fədailəri olan insanlar həmişə minnətdarlıqla anılacaq­lar. Onları yetirib tərbiyələndirən, torpağı Vətənləşdirmək uğrunda xalq davasına göndərən ata-analar isə xalqımızın başucalığı ünvanına çevriliblər. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
    Şəhidimiz Mehtiyev Elgiz Şahin oğlu 1 mart 1999-cu il tarixində Saatlı rayonunun Bəylər kəndində anadan olub. 2006-2014-cü illərdə Bəylər kənd Ümumi orta məktəbində təhsil alıb. 2016- cı ildə hərbiyə yollanan Elgiz, Tərtǝr rayonunun "N" saylı hərbi hissəsində qulluq edib.
    Zəhmətkeş aztəminatlı bir ailədə dünyaya gələn Elgiz çox istiqanlı, tez bir müddətdə ünsiyyət qurmağı bacaran, ailə üzvlərinə bağlı bir övlad olub. Uşaqlıqdan hərbçi olmaq istəyib, ailənin yeganə oğul övladı olduğuna görə valideynləri hərbçi olmağına icazə verməyib. Əsgəri xidmətini Tərtər rayonunda həyata keçirib. Əsgərlikdən qayıtdıqdan sonra doğma kəndlərində maşın ustası-çilingər kimi çalışıb və ailəsinə köməkilik etməyə çalışıb.
    Azərbaycan Ordusunun əsgəri olan Elgiz Mehtiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığıuğrunda gedən döyüşlərdə savaşıb. Elgiz Mehtiyev noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
    Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ