Sizin reklam burada
Sizin reklam burada

Hacı Mirtaleh sıradan bir adam deyildi

O, hamımızın gərəyi,
ağsaqqalı idi

Bəzən həyatımızda elə insanlar olur ki, onları itirəndə adam uzun müddət özünə gələ bilmir. Təbii ki, itkilər müxtəlifdi. Ancaq insan itkisi ən ağır itkidir. Çox itkilərin yeri dolur, insan itkisini isə əvəz edən heç nə yoxdu. O, bir dəfə doğulur yaşayır və əbədi köçür həyatdan. Keçən il dekabr ayının 14-də aldığım acı xəbər məni sözün əsl mənasında sızıldatdı. Elimizin, obamızın, bütovlükdə rayonumuzun ağsaqqal oğlu Haci Mirtaleh Ağayev haqqın dərgahına qovuşdu...
Aradan iki il ötməsinə baxmayaraq, hələ də özümə gələ bilməmişəm. Hacı Mirtaleh sıradan bir adam deyildi. O, yaşadıgı ömrün epiloqu ilə proloqu arasında bəsirət gözü ilə tərəzi tutub, balans yaratmağı bacaran hər anın dəyərini, mənasını dərindən dərk edən, xeyir əməlli, genis ürəkli, saf niyyətli, elmli, savadlı, təqvalı ziyalı, hörmətli iş adamı, uca Tanrını daim başı üzərində hiss edən "Əhli-Beyt"aşiqi idi. O, neçə-necə yolunu azmışları hidayət yoluna qaytaran, namaza gətirən, yetim-yesir başına sığal cəkən, neçə-neçə yoxsul, ailələrə, kimsəsizlərə himayədarlıq edən, qazancını aztəminatlı insanlar arasında bölən, ilboyu torpaqdan götürdüyü məhsuldan ehtiyacı olanlara yetərincə paylayan Allah adamı idi...
Çox heyiflər olsun ki, Allahın bu sevimli bəndəsi vaxtsız köçdü həyatdan. O, hələ yaşamalı idi. O, hamımızın gərəyi, ağsaqqalı idi. Onun bu timsalda arzuları sonsuz idi. Neyləməli, amansız ölümün ammnistiyası olmur.
Hacı Mirtaleh ağanın əziz xatirəsi bizim üçün daim əziz olacaq, unudulmayacaq, yaddaşımızdan silinməyəcək! Ruhu şad,məkanı cənnət olsun!

Kərbəlayi Ziyafət Fərəcov
Saatlı rayon Kamallı kənd sakini



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ