Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayon rəhbərliyi Səhid məzarını ziyarət etdi

    Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Saatlı rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onların qayğıları ilə maraqlanırlar. 07 dekabr 2022-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirovun, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsi şəhidi Həsənli Rəşad Yaşar oğlunun ikinci ildönümü münasibəti ilə məzarını ziyarət edib, onun əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarı üzərinə gül dəstələri düzüblər. Mərasim zamanı iştirakçılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Qeyd olunub ki, şanlı qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Rəşadın xatirəsi qəlblərdə daim yaşayacaq. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar! Şəhidlik zirvəsinə adi insanlar yüksələbilməz.
    Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıqsevməkdən keçir. Bu bir Ulu Yoldur.Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular.
    Şəhidimizin ailə üzvləri övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
    Rəşad Yaşar oğlu Həsənli 1997-ci il martın 29-da Saatlı şəhərinində anadan olub.
    Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşad Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Həsənli oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Rəşad Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən,Rəşad Həsənli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
    Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəşad Həsənli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
    Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəşad Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ