Tədbir Saatlı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi polkovnik Rövşən Məmmədov çıxış edərək “Zəfər Günü”nün əhəmiyyətindən danışdılar.
Şəhid valideyni Qabil Nəciyev, Vətən müharibəsi iştirakçısı Vüqar Nərimanov, Nərimanov kənd tam orta məktəbin hərbi rəhbəri, qazi Elvin Abbasov çıxış edərək dövlətin diqqət və qayğısından razılıqlarını bildirdilər.
Daha sonra Varxan kənd tam orta məktəbin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu.
Sonda Ali Baş Komandanın müvafiq Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına təltiflərin təqdimatı oldu.
Zahir Məmmədov
