Sizin reklam burada
Sizin reklam burada
  • Ruhun şad olsun, jurnalist qardaşımız!

    Ruhun şad olsun, jurnalist qardaşımız!Təqribən on il əvvəlin söhbətidir. Jurnalistlər arasında mənzillər bölüşdürülürdü. Söhbət Alı Mustafayevin ailəsinə çatanda mübahisəli vəziyyət yarandı. Kimsə dedi ki, o, əvvəlki rəhbərliyin dövründə işləyib. Cavab verdim ki, jurnalist üçün nə fərqi ki, kimin dövründə işləyib, peşəkardırsa, sənətini sevirsə, xalqına xidmət edirsə ... nə fərqi. Yekunda bu məntiq bəyənildi. Alının ailəsi hazırda o binaların birindəki 3 otaqlı mənzildə məskunlaşıb....
    Dünən onun 70 yaşı tamam oldu. Yığışıb qəbrini ziyarət etdik. İstər-istəməz bu misalı xatırladım.
    Yaxşı tanıyırdım. O, AzTV-də, mənsə Azərtacda işləyirdik. Ara-sıra zəng edib deyidi ki, xəbərləri vaxtında göndərin, biz jurnalistlər tarix yazmırıq, adamlar onu vaxtında eşitməlidir.
    Eşitdim ki, Qaradağlıda baş verən faciəni lentə almaq üşün ezam olunub. Düzü, inanmadım. Bir gün əvvəl xəstə vəziyyətdə görmüşdüm. Amma Alını jurnalist marağı, peşə borcu odlu nöqtələrə çəkirdi. Elə bu marağa da qurban getdi, şəhid oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
    Ruhun şad olsun, jurnalist qardaşımız!

    Əflatun Amaşov
    Azərbaycn Mətbuat Şurasının sədri

    Ruhun şad olsun, jurnalist qardaşımız!Ruhun şad olsun, jurnalist qardaşımız!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ