Sizin reklam burada
Sizin reklam burada

Bakıətrafı qəsəbələrin kanalizasiya problemi nə vaxt həllini tapacaq? - AÇIQLAMA

Bakıətrafı qəsəbələrin kanalizasiya problemi nə vaxt həllini tapacaq? - AÇIQLAMA Bakıətrafı ərazilərdə 7100 kilometr uzunluğunda tullantı su xətlərinin tikintisi nəzərdə tutulub.
Bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, hazırda Abşeron yarımadasında yaşayan əhalinin təxminən 40 faizinin kanalizasiya xəttinə çıxışı yoxdur və bunun 95 faizi Bakıətrafı ərazilərin payına düşür.
"Bildiyiniz kimi Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşdırılıb və həmin layihənin davamı olaraq hazırda ora iki istiqamətdən gətirici kollektorların tikintisi davam etdirilir. O kollektorlar tikilib istifadəyə veriləndən sonra 11 qəsəbədə tullantı sularının dənizə axıdılmasının qarşısı alınacaq. Bakının ətraf ərazilərində demək olar ki, kanalizasiya sistemi inkişaf edilməyib. Olan xətlər də fərdi qaydada çəkilib və daha çox birbaşa hansısa sututara, gölə və bir qismi Xəzər dənizinə axıdılır" - deyə, A.Cəbrayıllı vurğulayıb.
Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrin bir hissəsinin kanalizasiyasının Xəzərə axıdılması böyük problemdir. Ələtdə, Səngəçalda, Lökbatan qəsəbəsinin yaxınlığında, Türkanda, Pirallahıda, Zirədə, Pirşağıda yeni sutəmizləyici qurğular tikilməlidir ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyi təmin olunsun.
"Bizim baş planımızda Bakıətrafı ərazilərə 7100 kilometr uzunluğunda tullantı su xətlərinin tikintisi nəzərdə tutulub. Amma indiyə qədər bu layihələrin cəmi 12 faizi icra olunub. Bunlar çox böyük maliyyə tutumlu layihələrdir və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət investisiya ayrdıqca, "Azərsu" ASC sifarişçi rolunca çıxış edərək, həm içməli, həm də tullantı su sistemlərinin tikintisini həyata keçirir" - deyə, qurum rəsmisi əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ