Şəhidlər xiyabadında Süleyman Bağırovun, o cümlədən bütün şəhidlərimizin məzarını ziyarək etdik, rühlarına dualar oxundu.
Sonra Süleymanın boya başa çatdığı məhəllədə xatirə lövhənin açılışı tədbirində şəhər rəhbərliyi, şəhər ictimaiyyəti ilə birlikdə iştirak etdik.
13.11.2021-ci il tarixdə şəhid Qarayev Elnur Qalib oğlunun şəhadətdə doğum gününə həsr olunmuş tədbir çərçivəsində Şəhidlər xiyabanında məzarı ziyarət olunduqdan sonra boya-başa çatdığı məhəllələrində xatirə lövhəsinin önündə şəhidin anası, yaxınları və bir qrup şəhər sakinləri ilə görüşdük.
14.11.2021-ci il tarixdə şəhid Manaflı Əli Əflan oğlunun anım mərasimində iştirak etdim.
Şəhidlər xiyabadında şəhid Manaflı Əlinin, o cümlədən bütün şəhidlərimizin məzarını bir daha ziyarək etdik, rühlarına dualar oxundu.
Şəhid Manaflı Əli Əflan oğlunun boya-başa çatdığı məhəllədə xatirə lövhənin açılışı tədbirində də şəhər rəhbərliyi, şəhər ictimaiyyəti ilə birlikdə iştirak etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nur içində yatsınlar.
İltizam Yusifov
deputat
