Amin Musayevi hər kəs tanıyır, o qəhrəmanlığını və cəsarətini sübut edib, düşmən önündə əyilməyib, yaralı halda belə düşmənə cavab verib. İndi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onun müalicəsi ilə məşğuldur. Amil deyir ki, çox irəliləyiş var. Tezdən ABDTİA-nın maşını kirayə qaldığı mənzildən götürür və sonra da geri qaytarır. ABDTİA-nın rektoru Fuad müəllimlə də danışıb təşəkkürümü bildirdim.
Amin anası ilə yaşayır. Parlamentdən götürüb evinə apardım, qəhrəman oğul böyümüş anası ilə də söhbətləşdim. Ona göstərilən diqqətdən həm özü, həm də anası razıdır. Birotaqlı evdə kirayə qalırlar və ev növbəsinə dayanıb. Yasamal rayon icra hakimiyyətinin başçısı onu qayğı ilə qəbul edib və sənədlərini də çox tez həll edib. Amin başçıdan çox razılığını bildirdi. Aminə göstərdiyi qayğıya görə başçıya da zəng edib təşəkkür etdim.
İstəyini də dinlədik, İnşallah tezliklə həll olunacaq. Aminlə ilk gündən tanışam, amma bir dəfə də olsun heç nə xahiş etməyib, zəng etmir. Deyir ki, narahat etmək istəmirəm. Onu özüm axtarıram. Çox axlaqlı və tərbiyəli bir gəncdir.
