Sizin reklam burada
Sizin reklam burada

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirikBu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, Hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri ilə birlikldə Şirvan şəhərində 27 sentyabr-Anım Gününə həsr olunmuş ümumşəhər tədbirində iştirak etdim:
∎Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edildi, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramımızı bildirdik.
∎ Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Vətən var olsun” adlı flaşmobunu izlədik.
∎Tədbirin rəsmi hissəsi Şəhər İcra Hakimiyyətinin Akt zalında pandemiya qaydaları gözlənilməklə davam etdi.
∎ Azərbaycan Televiziyasının efiri vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini izlənildi.
∎Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri Şəhidlər Xiyabanında davam etdi. Şəhidlər Xiyabanının girişində quraşdırılmış böyük tabloda Vətən müharibəsinin simvoluna çevrilən “Xarı bülbül”ün təsvirindən və Şirvan şəhidlərinin şəkillərindən ibarət kompazisiya ilə tanış olduq.
∎Birinci Qarabağ Müharibəsində itgin düşənlərin xatirəsinə ucaldılan abidə və şəhid məzarları ziyarət edildi.
∎ Vətən Müharibəsində həlak olan şəhidlərimizin ləyaqət, dəyanət, mətanət rəmzi olan anaların şərəfinə ucaldılan “Şəhid Anası” abidə kompleksinin təqdimat mərasimi keçirildi.
∎Saat 12-00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
∎Şirvan Şəhidlər Xiyabanında və Məhəmməd Füzuli adına Parkda Şirvan şəhərindən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların hər birinin xatirəsinə ümumilikdə 352 ağac əkildi.
∎ Şirvan şəhər El qəbristanlığında Milli Qəhrəman Rəfael Həbibovun və Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstü və şəhid məzarları ziyarət olundu.
∎ Heydər Əliyev Mərkəzində nümayiş olunan Vətən Müharibəsi şəhidlərinə və Anım Gününə həsr olunmuş sərgiyə tanış olduq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik.
Allah Azərbaycan xalqını qorusun.
Yaşasın Ali Baş Komandan!
Yaşaşın Azərbaycan Ordusu!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ