Sizin reklam burada
Sizin reklam burada
  • Masallı gəncləri Məşhur müəllimi dəstəkləyir. Biz hər zaman sizin yanınızdayıq

    Masallı gəncləri Məşhur müəllimi dəstəkləyir. Biz hər zaman sizin yanınızdayıq Masallı gəncləri Məşhur müəllimi dəstəkləyir. Biz hər zaman sizin yanınızdayıq
    Sön günlər bəzi saytlarda Masallı rayonunun ziyalı insanlarından biri olan, otuz ilə yaxın müddətdir ki, fəaliyyətinin əsas qayəsini rayonumuzun iqtisadi-sosial inkişafı yönündə quran, 70 saylı Masallı şəhər seçki dairəsindən millət vəkili seçilmiş Məşhur Məmmədov haqqında qərəzli yazlar yazıb Məşhur müəllimin işgüzar nufuzuna xələl gətirmək istəyirlər.
    Bu istəkdə olanlara öncəliklə bildirimək istəyirəm ki, Məşhur müəllim millət vəkili olmazdan öncə də Masallı rayonu və masallılılar üçün çox işlər görüb. Hansısa dırnaq arası "saytlar" Məşhur müəllim haqqında "şok" başlıqlı yazılar dərc edib hansı məqsədlər güdməsini biz çox gözəl anlayırıq. Bu yazıların ilk cümləsindən nəinki bizlərə, hətta körpə uşaqlara da bəlli olur ki, yazının dərc edilməsinin bir məqsədi var - sonradan "zərərçəkənin" yaxınlarından pul alıb yazını silmək. Şəxsən mənim Məşhur müəllimlə heç bir əlaqəm olmayıb. Bir masallılı gənc olaraq indiyə qədər də Məşhur müəllimdən nəsə umacağım olmayıb. Çünki, buna sadəcə ehtiyac hiss etməmişik. Onsuz da Məşhur müəllim rayonumuz gəncləri üçün, ali məktəblərə daxil olan tələbə xanımlarımız üçün əlindən gələn köməklikləri edib və bu xeyirxah işləri günü bu gün də davam etdirir. Onun millət vəkili seçiləndən dərhal sonra yaratdığı, yeni tələbə adını qazanan xanımlarımızın təhsil haqqını ödənilməsini həyata keçiən Masallı Təhsil Fondu Məşhur müəllimin rayonumuz təhsili, sosial inkişafı üçün etdiklərinə bariz nümunədir.
    Məşhur müəllim millət vəkili seçildiyi dövr dünyanı ağuşuna alan covid 19 pandemiyasının başladığı dövürdə üst-üstə düşməsinə görə seçicilərlə görüşlərin məhdudlaşmasına baxmayaraq Məşhur müəllim həmişə olduğu kimi hal-hazırda da daim seçicilərini diqqətdə saxlayır, onların sosia-iqtisadi problemlərinin həllində daim yardımçı olur. Pandemiya dövründə, sərtləşdirilmiş karantin günlərində digər rayonlarla müqaisədə bizim rayonda şəxsən Məşhur müıəllim köməkliyi sayəsində dükanlarda hər ailəyə çörək və s. ərzaq yardımları edildi. Rayon əhalisi təmənnasız tibbi spirt və maska ilə təmin olundu. Bu yardımlar bu günkü günə qədər də davam etməkdədir. Xususilə də vurğulamaq lazımdır ki, Vətən müharibəsi dövründə şəhid olan eloğlularımızın bütün dəfn mərasimlərində, bəzən bir gündə bir neçə şəhidin dəfnlərində Məşhur müəllim rayon rəhbəliyi ilə birlikdə iştirak edirdi. Şəhid ailələrinin dərdlərinə şərik olur, onların problemləri ilə maraqlanırdı. Nəticə etibarı ilə, müharibə bitdi, biz qələbə çaldıq. Torpaqlarımız işğaldan azad olundu. Rayon gəncləri olaraq Məşhur müəllimədən bir xahiş etdik ki, rayonumuzda Qəhrəmanlar Parkı yenidən qurulusun və parkda birinci və ikinci Qarabağ müharibəsində şəhid olan Masallı oğularının adlar həkk olunsun. Sağ olsun rayon rəhbərliyi, başda icra hakimi çox hörmətli Şahin müəllim olmaqla Məşhur müəllim bizim təklifi çox müsbət qarşıladılar. Bunun nəticəsi olaraq Şəhidlər kompleksinin tikitisi sürətlə davam edir, artıq tikinti işləri yekunlaşmaq üzrədir. Rayon gəncləri adından rayonumuz üçün gördüyü hər bir işə görə Məşhur müəllimə öz dərin təşəkkürümüzü bildirik və Masallı rayonunun gəncləri olaraq Məşhur müəllimin ətrafında sıx birəşmişik.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ