Sizin reklam burada
Sizin reklam burada
  • “Ağılsız köpəklər ulduza hürər”

    “Ağılsız köpəklər ulduza hürər” Milli Məclisə sonuncu seçkilərdən bir ildən bir az artıq vaxt keçib. Demək olar ki, əksər deputatlarımızın fəaliyyəti ictimaiyyətə bəllidir. Elə deputatlarımız var ki, passivliyi, susmağı ilə diqqət mərkəzindədir.
    Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevi 6 ildir ki, tanıyram, siyasi fəaliyyətinə dərindən bələdəm. O, daim xalqın arasında olmağı, mövcud problelməri ilə maraqlanmağı, onun həlli üçün əlindən gələni etməyə çalışan, dövlətçiliyi, müstəqilliyimizi canı qədər sevən bir şəxsiyyətdir. Yaxşı yadımdadır. Parlament seçkiləri ərəfəsində Razi bəy İmişli şəhərində və yaxud rayonun əksər kəndlərində seçicilərlə keçirdiyi görüşlərin əksəriyyətində Milli Məclisə seçilməklə seçicilərin müxtəlif problemlərinizi yüksək tribunalardan aidiyyatı qurumlara çatdıracağına söz verirdi. Bəlkə seçicilərdən inanmayanlar da var idi. Çünki seçicilər bu kimi vədləri çox eşitmişdi. Tam məsulyyətimlə deyə bilərəm ki, Razi Nurullayev seçicilərə verdiyi vədlərin əksəriyyətinə artıqlaması ilə yerinə yetirməyə nail olub.
    Hamımıza bəllidir ki, sonu Silahlı Qüvvələrimizin şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibədə xalqımız az qala 3 minə yaxın şəhid Verdi. Çoxlu sayda yarlılarımız, qazilərimiz var. Açıq etiraf edək ki, bu kimi insanların əksəriyyətinin də müəyyən problemləri var. Razi bəy bir gün belə dincəlmədən həmişə onları yanında olur, müxtəlif görüşlər keçirir, möbcud problemlərin həll olunması üçün əlindən gələni əsirgəmir. Elə vaxt olur ki, heç çatdıra bilmir, müəyyən problemlərin həll olunmasına köməkçilərini də cəlb edir.
    Təəssüf hissi ilə qeyd edim ki, bu gün bəzi qara qüvvələr Razi Nurullayev haqqında qarayaxma kompaniyasına yenidən start verib. Belə bir deyim var: İtin qursağı yağ götürməz.
    Adama deyərlər ki, ay nankor, sənə Milli Məclisin iclaslarında yatan, fəaliyyətini yanız özünə biznes imperiyası qurmağa sərf edən, yaxud daim xalqın rifahının yüksəməsinə zidd çıxan deputat daha sərfəlidir?
    Sən və səni kimiləri kənardan idarə olunan bir alətsiniz. Kiminsə qulbeçəsisiniz. Kiminsə qabağında qulsunuz, yala hürənsiniz.
    Sözümü dahi şairimiz Səməd Vürğunun məşhur kəlamı ilə bitirirəm. “Ağılsız köpəklər ulduza hürər”.

    Arif Baxşəlioglu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ