Sizin reklam burada
Sizin reklam burada

Şirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildi

Şirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildi 07.04.21 və 08.04.21-ci il tarixlərində Şirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildi.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan Bələdiyyəsinin sədri, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru, Şəhid Ailələri İctimai Birliyinin , Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin, İctimai Nəzarət Koalisiyasının Şirvan şəhər təşkilatının sədrləri və digər məsul işçilər iştirak ediblər. Görüş Şirvan Şəhər İcra Hakimiyyətində karantin qaydalarına tam riayət edilməklə keçirilmişdir.
Qazilərlə görüş zamanı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.
Millət vəkili İltizam Yusifov çıxış edərək, 44 günlük Vətən Müharibəsində Şirvanlıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün şəhər ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.
Qazilərimiz Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan danışıblar. Döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açıblar. Qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və Vətən Müharibəsi iştirakçılarına göstərildiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Şirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildiŞirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildiŞirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildiŞirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildiŞirvan Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi qaziləri ilə görüş keçirildi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ