Sizin reklam burada
Sizin reklam burada
  • Şərəfli peşə sahibləri

    Şərəfli peşə sahibləri Anar Məmmədov,
    millət vəkili

    Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamına əsasən, 28 mart Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının Peşə Bayramı günü elan olunub.
    Ümummilli lider Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında Azərbaycan xalqının sülh və əminamanlığı naminə 25 il səmərəli fəaliyyət göstərmiş, bu təsisatın milliləşməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu strateji xətti layiqincə davam etdirərək, dövlət quruculuğunun inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Şərəfli peşə sahibləri
    Şərəfli peşə sahibləri Qarabağımızın düşmən tapdağından azad olunmasında fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdilər.
    Peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Orqanları əməkdaşlarını Azərbaycan xalqının milli maraqlarına xidmət edən gərgin və müqəddəs fəaliyyətində müvəffəqiyyətlət arzulayır, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətinin qorunması və inkişafı yolunda yeni-yeni uğurlar diləyirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ