Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Hüseynova seçicilərinin qəbulunu keçirib

    Hicran Hüseynova seçicilərinin qəbulunu keçirib 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 12.03.2021-ci il tarixində növbəti dəfə vətəndaşlarla qəbul keçirib, bir neçə sakinin müraciəti dinlənilib. YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib. Vətəndaşlar qarşılaşdıqları problem və çətinliklərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.
    Seçicilər tərəfində səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər və ailədaxili problemlər və s. bağlı olub. Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi və araşdırılması üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.
    Hicran Hüseynova seçicilərinin qəbulunu keçiribHicran Hüseynova seçicilərinin qəbulunu keçiribHicran Hüseynova seçicilərinin qəbulunu keçiribHicran Hüseynova seçicilərinin qəbulunu keçirib

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ