Müəllim peşəsi həyatda ən gözəl peşədir.Müəllim şagirdlərinə mayak- yol göstərəndir.Müəllim həyatda həm də insana ikinci valideyn hesab olunur.Ata övladlarına təlim-tərbiyə böyük, kiçiyin yerini tanımağı öyrədir.Müəllim isə,səni dünyaya baxmağı, gələcəyi görməyi öyrədir.Bizim məktəbə ilk qədəm qoyduğumuz gündən əlimizdən tutub bizə "Ana" sözünü yazmağı öyrədib müəllimimiz bizim həyatda gələcəymizin bünövrəsini qoyur.Belə müəllimlərdən biri Güləddin müəllimdir.Bəgəliyev Güləddin 1987 ci ildə Yardımlı rayon Zevin kəndində anadan olub, 2004 cü ildən oxuduğu məktəbdə körpə balalara ibtidai sinif dərslərini tədris edir.Güləddin müəllim öz yetirmələri ilə fəxr edir.Eşq olsun Güləddin müəllimə!Mən də Güləddin müəllimə həsr etdiyim müəllim şeirilə fikirimi tamamlayıb.Gələcək fəaliyyətində uğurlar arzu edirəm!
Müəllim.
İlk dəfə sən necə qələm tutmağı, Yazmağı öyrətin mənə, müəllim. Çəkdin hər nazımı körpə balantək, Dünyanı bəxş etdin mənə, müəllim.
Sənin zəhmətinlə güldü gözümüz, Dil acdı dilləndi,"Ana" sözümüz. Nurlandı sayəndə körpə üzümüz, Çiçəktək gözümdə bitdin, müəllim.
Ömründən pay verdin, gözlərindən nur, Bu dünya sənindir dedin, yarat, qur. Deməkdə ən əsas məqsədim budur, Həmişə sən öndə getdin, müəllim.