Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir


    Futbol üzrə aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba Azərbaycana gəlir.

    Bu barədə  mütəxəssis özü məlumat verib.

    O, səfərinin Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı olacağını deyib: “İkigünlük Bakıda olacağam”.

    Samet Aybaba məşqçilik karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” kimi tanınmış komandalarda çalışıb.

    Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ