Sizin reklam burada
Sizin reklam burada
  • İqbal Məmmədov: "Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib"

    "Mayin 3-ündə Azərbaycanda səfərdə olan
    Malaziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal və onu müşayət edən nümayəndə heyətiylə Fizuli şəhərinə səfər etdik."
    Bunu "atributinfo.az"a səfərlə bağlı açıqlama verərkən Milli Məclisin deputatı İqbal Məmmədov deyib. O, əlavə edib ki, qonaqlar Fizuli şəhəri ilə tanış olduqdan sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış oldular, Qala divarlarını və Xan qızı bulağını seyr etdilər:
    "Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verildi.
    Sonra qonaqlar Cıdır düzünə gəldilər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
    Səfər zamanı qonaqları Milli Məclisin Malaziya parlamentlər arası dostluq qurupunun sədri Vuqar Bayramov və digər rəsmi şəxslər müşayiət ediblər."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ