Yaxın keçmişə,yəni ötən ilə nəzər salsaq görərik ki, ermənilərin “məğlubedilməz” deyə dünyaya tanıtdırmaq istədiyi ordusunun 44 günlük müharibədə şanlı ordumuz tərəfindən necə darmadağın edildiyini görərik.Bu qələbəmiz ermənilərin torpaqlarımızla bağlı arzularının üstündən xətt çəkdi. Hanı təriflərə sığdırılmayan ordu? Prezidentimiz bu suala çox gözəl cavab verib: “ Cəhənnəmə getdi,gorbagor oldu.”
Müharibə zamanı erməni ordusunun qadınları, uşaqları, dinc vətəndaşları hədəf alması, ölkəmizə qarşı törətməyə çalışdığı təxribatlar onların döyüş meydanında necə aciz olduğunun bariz nümunəsidir.
Cənab İlham Əliyevin 13 yanvar 2019 – cu ildə ötən ilin yekunlarına aid müşavirədə söyləmişdir: “ Biz işimizi kimisə qabaqlama üçün görmürük.Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük” sözlərinin əsası olaraq xalqımızın rifahını , ölkəmizin valyuta ehtiyatlarını,ticarət əlaqələrini, vətəndaşların əmək haqlarını,sərmaye qoyuluşlarını və s. göstəriciləri göstərmək olar.
Ermənistanda belədirmi? Əlbəttə, xeyr. Onların göstərməyə çalışdığı “güclü dövlət” məfhumunun yalan olduğunu bilmək üçün orada yaşamağa ehtiyac yoxdur.Bunu beynəlxalq mediadan, dünya dövlətlərinin onlara olan münasibətindən , ölkələrində baş verən ixtişaşlardan başa düşmək olar.
Ermənisatan xalqından fərqli olaraq biz vətəndaşlar prezidentimiz cənab İlham Əliyevin atdığı addımları dəstəkləyir və daima onun yanındayıq.
Cəbrayıl Əlili
Masallı rayonu Dəmirçi kənd tam orta məktəbin gənc müəllimi
