Sizin reklam burada
Sizin reklam burada
  • Əyilib üzlərindən öpdüyümüz uşaqlar torpaqları qarış-qarış bizlərə öpdürürlər

    Əyilib üzlərindən öpdüyümüz uşaqlar torpaqları qarış-qarış bizlərə öpdürürlərMüharibə nədir - Qan, qada, fəlakət, aclıq, səfalət, daha nələr...
    Məncə yox, müharibə sevgidir, ən ülvü sevgi. Ananın balaya, atanın oğula, torpağa olan sevgi, ata yolunu gözləyən o saf məsum uşaq duası, yatıb duraq atamız gələcək fikirləşən fidan segisi, hər yemək bişəndə özünə yox, döyüşən balasına yemək çəkən anadan paydı müharib.
    Bel bükən, saç ağardan, diş tökən, qurban kəsiləndir müharibə.
    Bir əsrdə neçə gördük biz? Fəqət bunu biz gördük, biz qazandıq. Yemədik, içmədik ,gözümüzü yummadıq, əllərimizi duadan etmədik.
    Sizə bir balaca dünyası olan Oğuz yurdundan xəbər vermək istərdim. Kökü İncələr tayfasına gedən Göyçayın İnçə kəndindən danışım.
    90-larda vətəndir deyib irəli atılan şəhidlərini bir xatırlayım.
    Abbasov, Abdulxalıqov, Abdullayev, Alıyev (Alyev), Allahverdiyev,Adıgözəlov (Adgözəlov) Babayev, Baxışov, Bəbirov, Bəydəmirov, Cabbarov, Cavadov, Cəbiyev, Cəbrayılov, Cəfərov, Cəlilov, Eminov, Əbilov , Əhədov,Əhmədov, Əlifov,Əsədov, Əzizov, Fətəliyev, Hacıyev, Həmidov, Həşimov, Hüseynov, Xələfov, Xəlilov, Xuduyev, İbişov, İbrahimov, İlyasov, İsmayılov, İsrafilov, Kazımov, Kərimov, Qarayev, Qəhrəmanov, Qəribov, Qubadov, Quluyev, Qurbanov, Manafov,Mehdiyev, Məhərrəmov, Məcidov, Məlikov, Məmmədov, Mikayılov, Muradov, Musayev, Mustafayev, Nağıyev Nəsirov, Nəsurullayev, Novruzov, Orucov, Ruşanov, Rüstəmov, Səmədov, Şirəliye, Şükürov, Tahirov, Usubov, Vahidov, Vəliyev, Yusifov,Zahidov!
    90-larda vətəndir deyib irəli atılan Göyçay rayonu İnçə kənd şəhidlərini xatırlayaq və Allahdan rəhmət diləyək.
    Abdulxalıqov Teymur Sayəddin oğlu.
    Babayev Rəhman Əlibaba oğlu.
    Əhmədov Əhməd İqnat oğlu.
    Əsədov Bəxtiyar Salam oğlu.
    Hacıyev Faiq Qədir oğlu.
    Mehdiyev Cəlal Hətəm oğlu.
    Məmmədov Səid Qoca oğlu.
    Mustafayev Fariz Kamal oğlu.
    Tahirov Nadir Məmmədhəsən oğlu.
    Hacıyev Firuddun Nadir oğlu.
    İsmayılov Qadir Emin oğlu.
    Məmmədov Rauf İlqar oğlu
    Məmmədov Elmar İlham oğlu
    Əyilib üzlərindən öpdüyümüz uşaqlar torpaqları qarış-qarış bizlərə öpdürürlər Dəmir yumruq, xalqımızın birliyidir. Düzdür Aprel döyüşləri xalqımızın torpaq vətən anlamının müqəddəs olduğunu bir daha nümayiş etdirdi. Tovuz döyüşü xalqımızın səbr kasasının dərin olmadığını göstərdi. Onlarla İnçəli oğlu könüllü səfərbərliyə müraciət etdi. Nəticədə ali rəhbərlik xalqımıza arxalanaraq,onun inamına etibar edərək qismən səfərbərlik elan etməklə. 27 sentyabrda təxribatına cavab verdi düşməni qəfil həmləsi ilə yaxaladı. 40 igid döyüşlərin aktiv fazasında iştirak edib bir başa döyüşlərə öz töhvələrini verib. İgidlərimizi yaxından tanıyaq.
    Abbasov Vüqar Səhrab oğlu.
    Adıgözəl Nurlan Şirvan oğlu.
    Adıgözəlov Natiq Əlvan oğlu.
    Babayev Xəyyam Şöhrət oğlu.
    Bayramov İlham Bayram oğlu.
    Bayramov Sübhan Fuad oğlu.
    Beydullayev Seymur Məhəmməd oğlu.
    Bəşirov Rahib Eldəniz.
    Bəydəmirov Sahib Aydın oğlu.
    Cabbarov Emil Fərhad oğlu.
    Cabbarov Fərid Ərəstun oğlu.
    Cabbarov Kərəm Fərhad oğlu.
    Cəfərov Kənan Ramazan oğlu.
    Eminov Əvəzxan Adil oğlu.
    Eminov Hüseynov Əfqan oğlu.
    Əhədov İmran elxan oğlu.
    Əhmədov Savalan Arzu oğlu.
    Əsədov Nurlan Məhəmməd oğlu.
    Hacıyev Pərviz Habil oğlu.
    Həmidov Fərid Gülağa oğlu.
    İlyasov Elvin Şirvan oğlu.
    İsayev Elnur Arif.
    İsmayılov Elsun Vidadi oğlu.
    Qarayev Elməddin Ələhəddin oğlu.
    Qəribov Elşən Qadir oğlu.
    Quluyev Elçin Novruzəli oğlu.
    Quluyev Həzrət Azər oğlu.
    Qurbanov Qaçay Bahadur oğlu.
    Mehdiyev Pərviz Əbil oğlu.
    Mehdiyev Şaiq Şahmar oğlu.
    Məcidov Cavid Səlvər oğlu.
    Məmmədov Vüqar Maarif oğlu.
    Məmmədov Zeynal Zəfər oğlu.
    Muradov Pərvin Atəş oğlu.
    Muradov Pərvin Kamran oğlu.
    Muradov Vüqar Ehtiram oğlu.
    Nəsirov Məhəmməd Qərib oğlu.
    Sədiyev Şirxan Qabil oğlu.
    Səmədov Seylan Tarzan oğlu.
    Vahidli Rəvan Babək oğlu.
    Bu oğulların hamısı bizim qürur mənbəyimizdir. Bu igidlərin bir qismi hal hazırda xidmətlərini davam etdirir, bir qismi isə ordudan təxris olunub. Kəndin ziyalısı, cavanı, qocası bir sözlə hamının hisiyyat nöqtəsinə toxundu. Milli qürur hissimizi aşıladı. Əyilib üzlərindən öpdüyümüz uşaqlar torpaqları qarış-qarış bizlərə öpdürürlər
    Kəndimizin digər şəhərlərdə, qəriblikdə yaşayan bir qurup insanının toplaşaraq xeyirhaq missiya öz üzərlərinə götürdülər. Yəni ianə şəklində müəyyən məbləğlər toplamaqla kəndimizin kənd arası yollarını,qazi və hərbiçi, I qarabağ şəhidlərinin vaxtı ilə yaşadıqları küçələrinin abadlaşdırılması, şeben qırmadaş yayılması işləri görülmüşdür. Maliyyə cəhətdən böyük məbləğ olmasına baxmayaraq bunlar ianələr hesabına tədricən görülür. Gələcəkdə də bu işlərin davam etdirilməsi, dövlətə, xalqa xidmət missiyasına dəsdək fikrini əsas götürüb.
    Böyüyən hər bir uşaq gələcək vətəndaş,ona xeyirli oğul olmaq arzusu ilə böyüyür. Əyilib üzlərindən öpdüyümüz uşaqlar, torpaqları qarış-qarış bizlərə öpdürürlər.
    Var olsun xalqımız, dövlətimiz, Azərbaycanımız.
    Qarabağ Azərbaycandır!

    Aslan Əsədov
    nəqliyyat eksperti

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ