Bu bir həqiqətdir ki, İqbal Məmmədov rayonda seçicilərini narahat edən hər bir məsələyə vicdanlı, məsuliyyətli, diqqətli yanaşan, qayğıkeş millət vəkilidir.
"Relax İstirahət Mərkəzini" karantin zonası üçün ayıran elə millət vəkili İqbal Məmmədov özü oldu. Lerikin gənc istedadlı müəllimi İlkin Əzizlinin məsələsini sonadək diqqət mərkəzində saxlayan da İqbal Məmmədov oldu. Rayonun magistral yolu, işığı, qazı barədə mütəmadi olaraq aidiyyəti orqanlara şəxsən öz adından rəsmi məktub göndərən millət vəkili İqbal Məmmədov deyilmi?
Əfsuslar olsun ki, "qarşılıq" umaraq əvvəlcə müsahibələri yayımlayan, daha sonra isə öz maraqları naminə dırnağarası problemlərdən söz açan «mediaçı»lar özləri öz bulanıq mövqelərini açıq şəkildə ortaya qoyurlar.
Əminik ki, Lerikdən olan media nümayəndələri də, rayondakı bu kimi məsələlərə odekvat yanaşacaq, millət vəkili İqbal Məmmədovun həyata keçirdiyi icimati əhəmiyyətli tədbirləri, xeyirxah işləri görməzdən gələn şəxslərə-dövrün "Lal Hüseynləri"nə qarşı real münasibətlərini bildirəcək, ədalətli mövqelərini ortaya qoyacaqlar!
Məsələyə yenidən qayıdacağıq...
"Atributinfo.az"
