Baxışova Pedoqoji Kolleci bitirməsinə baxmayaraq, sonradan tibbi kurs keçərək N saylı hərbi hissədə, hərbi tibb qulluqçusu kimi xidmətə başlayıb və savaşa qatılıb. İki azyaşlı övladını anasına əmanət edən Arəstə bir ay əvvəl mətbuatda çıxış edərkən bu sözləri deyib:
“Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbiçi olmaq niyyətindədir. Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarımızda xidmət edəcəklər”.
