Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb

    Oktyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olmaqla onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirilmişdir.
    Qəbul zamanı ilk növbədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyində müzəffər ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlarla bağlı seçicilərə göz aydınlığı verilmiş, tezliklə bütün ərazilərimizin işğaldan azad ediləcəyini və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyi bildirilmişdir.
    Seçicilər hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın ən şanlı tarixi dövrünü yaşadığını, övladlarının hərbi xidmətdə olmalarının onlar üçün çox böyük fəxr olmasını, Vətənimizin bütövlüyünün təmin edilməsinin və Ermənistanın təcavüzünə birdəfəlik son qoyulmasının zamanı çatdığını bildirmişlər. Habelə qəbul zamanı üzləşdikləri müxtəlif növ problemləri səsləndirməklə, vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, kommunal və infrastruktur məsələləri müzakirə edilmişdir. Qaldırılan məsələlərin bir qismi dərhal yerindəcə həll edilmiş, habelə digər müraciətlər araşdırılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.
    Adil Əliyev görüş zamanı Milli Ordumuzun göstərdiyi şücaətlə yanaşı, hər birimizin də həm Ermənistana həm də ki, koronavirusa qarşı mübarizədə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi tövsüyyə etmişdir. Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar bütün növ zəruri tədbirlərin görülməsini, tibbi-profilaktik qaydalara riayət edilməsini, habelə tətbiq edilən rejimə ciddi əməl etməklə dövlət orqanlarının işini çətinləşdirən hərəkətlərin edilməsindən yayınmağa dəvət etmişdir.
    Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını ifadə edərək, hər zaman ölkə rəhbərliyinin yanında olmalarını, habelə bütün növ göstərişləri icra etməyə hazır olmalarını bildirmişlər.
    Görüş zamanı karantin qaydalarına ciddi əməl edilmiş, görüşün sonunda aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılmışdır.
    Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşübMilli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşübMilli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşübMilli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşübMilli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ