Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındı

    Deputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındıTəşəbbüs etdik və alındı. Bu gün mən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortopedik Bərpa Mərkəzin həkim nümayəndələri ilə birgə əlilliyi olan şəxslərin səyyar qəbulunda iştirak etməli idim. Parlamentin İnsan Hüquqları Komitəsinin iclası olduğuna görə qalmalı oldum. Amma, köməkçilərim Ehtiram Mehdiyev və Vuqar Suleymanov İmişlidə həkimlərlə birlikdə insanların qayğısındadır.
    Əlillər müayinə olunub, qeydiyyata alınıb və onlara əlil arabaları, protezlər, ortopedik ayaqqabılar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə münasibətim həmişə çox müsbət olub və günü-gündən də ona rəğbətim artır. Bu qədər fiziki-əngəli insanlara yardımçı olmaq böyük işdir. İmişli rayon rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Dövlət idarələri konkret iş görməlidir. Yarınmaq xatirinə danışmaq, yaltaqlanmaq, dövlətə heç nə vermir. Vətəndaşları razı salmaq üçün kim işləyirsə onlara təşəkkür etmək lazmıdır.
    Deputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındıDeputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındıDeputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındıDeputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındıDeputat Razi Nurullayev: - Təşəbbüs etdik və alındı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ