Sizin reklam burada
Sizin reklam burada
  • Gizli işləyən kafe və çayxanada 13 nəfərə cərimə yazıldı

    Gizli işləyən kafe və çayxanada 13 nəfərə cərimə yazıldı Masallıda karantin rejimini pozan obyektlər aşkar edilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
    Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ