Sizin reklam burada
Sizin reklam burada
  • Açıq havada toy etmək olar? - RƏSMİ AÇIQLAMA

    Açıq havada toy etmək olar? - RƏSMİ AÇIQLAMA "Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər".
    Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.
    Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:
    "Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil."

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ