Sizin reklam burada
Sizin reklam burada
  • Sürücülərə ŞAD XƏBƏR: “plyonka”ya görə cərimə olunmayacaqlar - VİDEO

    Sürücülərə ŞAD XƏBƏR: “plyonka”ya görə cərimə olunmayacaqlar - VİDEO Sürücülərin plyonkaya görə cərimə edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib. Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev deyib ki, yaxın vaxtlarda bu məsələyə Milli Məclisdə baxılacaq. Ancaq o vaxta qədər sürücüləri hər hansı cərimə gözləmir.
    Avtomobillərin arxa yan şüşələrinə plyonka vuran sürücülər cərimə edilməyəcək. Bunu Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə açıqlamasında deyib. O bildirib ki, hər il olduğu kimi bu il də bu gündən jalüzlərin vurulmasına icazə verilir.
    Kamran Əliyev jalüzlərə görə, cərimələrin birdəfəlik ləğvi məsələsindən də danışıb. Bildirib ki, bu məsələyə yaxın vaxtlarda Milli Məclisdə baxılacaq və müvafiq qərar veriləcək.
    Kamran Əliyev qeyd edib ki, Milli Məclisdə bu barədə qərar qəbul edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ