(Elegiya)
Dünyaya gəlişinlə gedişin arasındakı məsafə illər deyil, günlərdir mənim qürurlu balam, ciyərparam Elnurum.
1982-ci il doğum və 2006-cı il vəfat tarixin istisna olunmaqla, fevralda doğuldun, fevralda da bizi əbədi tərk etdin, canım Elnurum. Arada cəmi 5 gün məsafə var: 23.02.1982-28.02.2006.
Unudulmaz ömür tarixin kimi qəlbimizə də qürurunla, ləyaqətinlə, bənzərsizliyinlə əbədi imza atıb getdin.
Ruhun şad olsun. Yaşın mübarək, Elnurum!
Nə zamandı yolun düşmür bu yana,
Həsrət seli gözümüzdən tökülür.
Sevincimiz, gülüşümüz elə bil,
Kölgə kimi üzümüzdən çəkilir,
Həsrət seli gözümüzdən tökülür.
Məclisinə hamı gəlib, sən yoxsan,
Yolları bağlayıb duman, çən, yoxsan.
Bizi atıb getdiyin gündən yoxsan,
Hər gün gözümüz yoluna dikilir,
Həsrət seli gözümüzdən tökülür.
Səndin mənim ümid yerim, qürurum,
Varlığınla fəxr edirdim, Elnurum.
İndi “vatsap”ımda sənindir durum,
Bağrım başı çəpər kimi sökülür,
Həsrət seli gözümüzdən tökülür.
Bizim üçün yaşayırsan, ölmədin,
Qış da keçdi, bahar gəldi, gəlmədin.
Heç gedəndə danışmadın, gülmədin,
Kifayət də bax, bu dərddən üzülür,
Həsrət seli gözümüzdən tökülür.
Böyük ehtiramla: xalan Kifayətdən
