Ombudsman Aparatından bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır", - Ombudsman Aparatından bildirilib.
Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb.
82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
